Xəbər lenti

Deputat:
Siyasət 13:20 15.07.2020

Deputat: "Ordumuz bir daha sübut etdi ki, öz torpağının bir millimetrini belə heç kimə vermək niyyəti yoxdur"

Xəbər verdiyimiz kimi Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq "Qarabağ" şüarını səsləndiriblər.Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib. Lakin yürüş təxribatçılar tərəfindən pozulub. Onlar ayrı-ayrı şüarlar səsləndirərək yürüş itirakçılarını ixtişaşa səsləyiblər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, iyulun 12-dən ermənilər atəşkəsi pozaraq ağır artilleriyadan istifadə edərək mülki əhalimizə və hərbiçilərimizə qarşı hücuma keçiblər:

"Təxribatçı Ermənistan silahlı qüvvələri Azərbaycanın qüdrətli ordusu tərəfindən darmadağın edilib. Azərbaycan ordusu bir daha sübut etdi ki, öz torpağının bir millimetrini belə heç kimə vermək niyyəti yoxdur. Qanları və canları bahasına da olsa öz torpaqlarını qoruyacaq. Mən hesab edirəm ki, biz ağılla və təmkinlə torpaqlarımızı işğaldan azad edə bilərik. Ali Baş Komanımızın rəhbərliyi ilə tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik. Bu proseslərdə insanların vətənpərvərlik duyğularını yalnış istiqamətə döndərmək istəyənlər hər zaman olub. Biz bunu 1992 və 1993-cü illərin əvvəllərində görmüşük. Onda da ermənilər cəbhədə təxribatlar törədərək torpaqlarımızı işğal edirdi. Bütün insanların başı isə Bakıda aksiyalara və xaosa qarışırdı. Bilirsiniz ki, bir qrup insanlar o dövrdə də Milli Məclisin qarşısına toplaşır, xalqı vətəndaş müharibəsinə sövq edirdi. Bu xaosun nəticəsində də torpaqlarımız işğal olundu. İnsanlarımızın vətənpərvərlik hissinin düzgün şəkildə yönəldilməməsi topraqlarımızın işğalına və insanlarımızın vəhşicəsinə öldürülməsinə səbəb oldu. Ona görə də biz bu cür hadisələrin təkrarlanmasına yol verə bilmərik. Biz silahlı qüvvələrimizə və Ali Baş Komandanımıza güvənməliyik. Ali Baş Komandanımız cənab İlham Əliyev dünyada gedən prosesləri incəliyinə qədər bilir. Biz işlərimizi torpaqlarımızın işğaldan aza etmə istiqamətində qurmalıyıq. Hər birimizin vətənimizi qorumaq borcumuzdur. Döyüş alnımıza yazılıb. Hər birimizin vətən qarşısında borcumuz var. İstənilən zaman da borcumuzu yerinə yetirməyə hazırıq. Biz torpaqlarımızı ağılla, diplomatik gücümüzlə və ölkədə sabitliyi qorumaqla işğaldan azad edəcəyik".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->