Deputat: Payızda yumşaldılma olacaq, idman zalları, toylar... (VİDEO)
Payız aylarında və ya payızın sonunda peyvəndlənmə prosesində hədəfə çatmaq imkanımız var. Əminəm ki, bundan sonra yenidən normal həyat tərzinə qayıtmağa və pandemiyadan qurtulmağa nail olacağıq.
Bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib. O bildirib ki, peyvəndlə prosesində hədəfə çatdıqdan sonra yumşaldılmalar həyata keçiriləcək:
"İdman zallarının açılmasına, ictimai nəqliyyatın fəaliyyətinin 100 faiz bərpa olmasına və toy şənliklərinin keçirilməsinə müəyyən mərhələdə nail olacağıq. Addım-addım bu yumşaldılmalar həyata keçiriləcək. Azərbaycanda yumşaldılmaların mərhələli həyata keçirilməsi bu gün bizə vəziyyəti idarə etməyə və uğurlara imza atmağa imkan verdi. Hesab edirəm ki, epidemioloji vəziyyət bu cür davam edərsə və peyvənd proqramını sürətlə həyata keçirdiyimiz halda idman zalları, ictimai nəqliyyat və böyük tədbirlərin həyata keçirilməsi ilə bağlı yumşaldılmalara gedə bilərik”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər