Video 15:33 23.05.2020

Deputat xəstəxanadan gələn məktubu oxudu: “Yerdə onlarla cəsəd vardı”

Yaroslavl Regional Dumasının deputatı Olga Sekaçeva regional məclisin iclasında Karabıxa kəndinin xəstəxanasından bir xəstənin göndərdiyi məktubu oxuyub. 

Qaynarinfo xəbər verir ki, Sekaçevanın çıxışının videosu "Lyoşa dayı” Teleqram kanalında yayımlanıb. Talesiz qadın yazıb ki, onu, demək olar ki, müalicə etməyiblər, iki həftə boş yerə xəstəxanada yatıb. Onu nə kardioqram ediblər, nə də rentgenə salıblar, ancaq nə cürsə sətəlcəm olduğunu "üzə çıxıb”. Ta yalvarmayana kimi ona bir həb belə gətirən olmayıb.

Həkim xəstə məzuniyyətinə çıxdıqdan sonra isə, ümumiyyətlə, xəstəyə heç bir yaxınlaşan olmayıb. Palatada onun yanında bir nənə yatırmış, təkcə pampersini bir dəfə dəyişdiriblər, ancaq ona nə yemək, nə içmək verilib. "O, gözlərim önündə baxımsızlıqdan öldü. Kimsə dedi ki, reanimasiyaya aparılmalıdır, amma heç kim gəlmədi. Şok yaşadım”, - xəstə məktubunda yazıb.

Həkimlərdən dəhlizdə cəmi bir tələbə oğlan görünürdü. Nahar saat 16-da, səhər yeməyi 11-də gətirilirdi. Yeməyi daşımağa adam yox idi. Dəhlizdə yataqdan beş metr aralı onlarla cəsəd qalaqlanmışdı. Cəsədlər yalnız Sekaçevanın müraciətindən sonra yoxlanılaraq onlar çıxarılıb. Buna qədər isə qadına cəsədləri yerdə olan ölülər barədə "Narahat olmayın, onlar ayağa qalxmazlar", - deyilirmiş.

Sekaçeva qeyd edib ki, bu hallar "hamısı bir-birinin ardınca" baş verir. Karabıkdakı vəziyyət dəhşətlidir, heç kim orada müalicəyə getmək istəmir. Bir çox xəstə cəsədlərin "zibil kimi" daşındığını deyir. Deputat qeyd edib ki, əgər koronavirusdan ölənlərin sayı barədə danışırlarsa, onda yoluxucu xəstəliklərdən neçə nəfərin öldüyünü də desinlər. Yaroslavl Bölgəsi Hökumət Başçısının müavini Anatoli Qulin Sekaçevaya cavabında bildirib ki, koronavirusdan ölüm yalnız digər xəstəliklərin olmadığı hallarda qeydə alınır.
 
Alpər