İdman 16:45 24.09.2020

Dest bu gün “Barselona”ya gəlir: 5 illik müqavilə, 20+5 milyon avro

"Ayaks"ın sağ cinah müdafiəçisi Serjino Dest "Barselona"ya transfer olunmağa yaxındır.

Qaynarinfo xəbər verir ki, bu haqda Kataloniya Radiosu məlumat verib. 19 yaşlı amerikalı tibbi müayinə və anlaşmanın tamamlanması üçün bu gün Kataloniyanın paytaxtına gələcək.

Jurnalist Nikolo Skirayanın məlumatına görə, "Barcelona” 5 illik müqavilə şərtlərini Destlə razılaşdırıb. Bundan əvvəl kataloniyalıların müdafiəçi üçün 20+5 milyon avro ödəyəcəyi məlum olmuşdu.

Beləliklə, Dest bir gün əvvəl "Vulverhempton”a köçən Nelson Semedonun yerini alacaq.
 
Alpər