H.Dünyamalıyev
Reklam agentliklərinin ənənəvi media kanalları (televiziya, qəzet, radio) üzərindən həyata keçirdiyi reklam fəaliyyətlərinin bir neçə məqsədi vardır:
1. Məhsulun bazardakı popluyarlığını artırmaq;
2. Markanın davamlılığını təmin etmək;
3. Məhsulun satış - marketinq qrafikini yüksəltmək.
Dijital (interaktiv) dünyanın inkişafıyla birlikdə, ənənəvi media üzərindən təşkil edilən reklam üsullarının internet mühitinə inteqrasıyasını dijital reklam agentlikləri öz öhdəliyinə götürdü. İnteraktiv dünya ilə reklam sektorunun birləşməsindən yaranan dijital reklam agentlikləri; markanızın internetdəki popluyarlığını artırmaq, sosial mediadakı bütün fəaliyyətlərini davam etdirmək, müştərilərinizi və potensial müştərilərinizi kampaniyalarınızdan xəbərdar etmək üçün təşkil edilir. Televiziya, jurnal, ya da qəzet kimi kütləvi informasiya vasitələrində markanız üçün edilən reklamları, bu dəfə sosial media üzərindən yeni müştərilərinizə çatdırmağı hədəfləyir. Bunun üçün əvvəlcə markanızın hədəf kütləsi təyin olunur və bu hədəf kütlə üçün planlaşdırılmış diqqət çəkici paylaşmalar yaradılır. Dünyada və Azərbaycanda internet istifadəçilərinin ən çox sosial şəbəkələrdə vaxt keçirdiyi bilindiyi üçün dijital reklam agentlikləri də xüsusilə bu mövzuya fokuslanmışdır.
Dijital reklam sosial media üzərindən markanızın bütün kampaniya və fəaliyyətlərini müştərilərinizə çatdırar, markanız üçün mötəbərlik və etibar qazandırar; bütün bu müddətin sonunda da israf etmədən markanızın satış gəlirlərində gözəçarpacaq artımı təmin edilər. Dijital reklam agentliyinin, sosial media üzərindən icra etdiyi bu fəaliyyətlərin məqsədi isə internet istifadəçisinin iştirakını və markanın bilinirliyini artırmaqdır. Sərhədi olmayan və məlumatın ən sürətli şəkildə istifadəçilərə dağıldığı internet televiziya və qəzet reklamlarına nisbətdə olduqca ekonomik və qənaətlidir, sizi daha çox yeni müştəriyə çatdıran və anında geri dönüşlər ala bildiyiniz bir reklam sahəsidir.
Ünsiyyətin qarşılıqlı - canlı reallaşdırıldığı sosial mediada marka ilə müştəri arasındakı əlaqənin daha qalıcı və möhkəm olduğu gerçəyini unutmamalıyıq. Sosial media mütəxəssisi Çarlene Linin də söylədiyi kimi, "Ən yaxşı marketinq müştərilərinizin etdiyidir." Sosial media ünsiyyətlərinin anında yayılaraq, minlərlə istifadəçiyə eyni anda çatdığını düşünsək, gələcəyin ən yaxşı marketinq üsulunun sosial media olacağını deyə bilərik.
Bir yandan ənənəvi media reklam üsullarıyla iç-içə olan, bir yandan da internet dünyasında öz yaratdığı sahədə hökm sürən dijital reklam anlayışı ən çox ekonomik olması və sürətli geri dönüş alındığı üçün müştərisinin üzünü güldürür. Ənənəvi media kanallarıyla etdiyim reklamlar davam edərkən interaktiv mühitdə də markamın adını eşitdirmək, populyarlığımı artırmaq və etibarımı davam etdirmək istəyirəm - deyirsinizsə mütləq bir dijital reklam agentliyi ilə ünsiyyət yaratmalısınız.
Şərhlər