Xəbər lenti

DİM-dən ümumi müsabiqələrlə bağlı yeni məlumat
Ölkə 20:20 17.08.2018

DİM-dən ümumi müsabiqələrlə bağlı yeni məlumat

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 5-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.

DİM-dən Qaynarinfo-ya bildirilib ki, elan üzrə səkkiz dövlət orqanında B növü inzibati dövlət qulluğu vəzifələrinə aid olan 32 vakant vəzifə müsahibəyə çıxarılıb. Cəbrayıl Rayon Məhkəməsində vakant olan bir vəzifəyə, Şabran Rayon Məhkəməsində iki vəzifəyə, Kəlbəcər Rayon Məhkəməsində bir vəzifəyə namizədlər tərəfindən müraciət edilməyib. Ümumilikdə isə 51 namizəd müsahibələrdə iştirak üçün qeydiyyatdan keçib.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Hesablama Palatasında sosial sahələrin auditi şöbəsində məsləhətçi (1 vakant yer üzrə 14 namizəd), sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 13 namizəd) vəzifələri olub.

Müsahibələrin avqustun 31-dən sentyabrın 17-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibəyə qatılmamaları üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->