"Qızıl Buts" mükafatçısı karyerasını başa çatdırdı

Bolqarıstanlı ulduz futbolçu Dimitar Berbatov karyerasını bitirdiyini elan edib.

Qaynarinfo Sky Sports-a istinadən xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" və "Tottenhem" klublarının formasını geyinmiş 38 yaşlı Berbatovun futbolçu karyerası 20 il davam edib. 

O, Premyer Liqada 229 oyunda çıxış edib və 94 qola imza atıb. Bolqar futbolçu 2010-2011-ci il sezonundakı çıxışına görə "Qızıl Buts" mükafatına layiq görülüb.

Qeyd edək ki, D.Berbatovun sonuncu iş yeri Hindistanın "Kerala Blasters" klubu olub. İdmançı 18 ay idi klubsuz qalmışdı.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR