Rəsmi qurumlar Ucar rayonunun Qaradağlı icra nümayəndəliyinə daxil olan Çini kəndində bədheybətin peyda olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupunun rəhbəri Toğrul Nəsirli APA-ya bildirib ki, polis əməkdaşları ərazidə xidmət aparırlar: "Analoji hadisələr qonşu Ağdaş və İsmayıllı rayonlarında da baş vermişdi. Bu vaxta qədər heç bir qeyri-adi məxluqa rast gəlinməyib. Narahatçılığa heç bir əsas yoxdur. Bütün bunlar reallıqdan kənar bir məsələdir”.
Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Zeynalov açıqlamasında bu vaxta kimi kənddə belə bir hadisənin baş vermədiyini deyib: "Bütün bunlar sadə insanlar arasında yayılan söz-söhbətdir. Kənddə heç bir qeyri-adi məxluq yoxdur və heç kəsə bu vaxta kimi ziyan dəyməyib. Kənd sakinləri arasında yayılan bu söz-söhbətlər reallığı əks etdirmir”.
Şərhlər