Xəbər lenti

DİN
Ölkə 14:45 03.03.2021

DİN "Facebook"da xoşagəlməz rəyin yazılması barədə açıqlama verdi (FOTO)

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi "Facebook” səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, sosial şəbəkələrdə yayılan foto montajdır.

"Bu fotoda yazılan həmin rəy montajdır, səhifədə bu cür rəy yazılmayıb", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin rəsmi "facebook" səhifəsində foto paylaşılıb. Həmin fotonun şərh bölməsində vətəndaşa "bir öz vidinə bax, sonra nəsə yaz” sözləri yazılmış foto sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->