Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunan bütün din xadimlərinə əməkhaqqı veriləcək.
Qaynarinfo xezerxeber.az-a istinadən bildirir ki, ilkin məbləğ kimi 300 manat nəzərdə tutulub. Qafqaz Müsəlmanları İdarəsi hazırda bəzi din xadimlərinə məvacib verir.
Gələn ildən etibarən isə əməkhaqqı Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən veriləcək. Lakin məvacib yalnız Qafqaz Müsəlmanları İdarəsinin məscidlərə təyin etdiyi din xadimlərinə veriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun sözlərinə görə, statusundan asılı olaraq əməkhaqqının məbləği fərqli olacaq.
İmamlar üçün ilkin olaraq 300 manat nəzərdə tutulub.
Qeyd edək ki, ölkədə 2200-dən çox məscid və 1500-dən çox imam var. Təyin olunan əməkhaqı axund sayının artırılmasına da hesablanıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti sosial sferanın müxtəlif sahələrini də əhatə edəcək. Belə ki, fond dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına, təhsil alanların sosial müdafiəsinin gücləndirilməsinə, istedadlı şəxslərin təhsilini davam etməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına kömək edəcək.
Gündüz İsmayılovun sözlərinə görə, yardım zamanı bəzi meyarlar da nəzərə alınacaq. Hazırda bu səhə üzrə iş aparılır.
Şərhlər