Dini ibadət, ayin və mərasimlərə dair tələblər dəyişdirildi (FƏRMAN)

Dini ibadət, ayin və mərasimlərə dair tələblər dəyişdirildi (FƏRMAN)

Azərbaycanda kütləvi dini ibadət, ayin və mərasimlərin keçirilmə qaydasına dair tələblər müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən "Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Beləliklə, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə təşkil olunacaq.

Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçiriləcək və bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcək.

X
XƏBƏRLƏR
BLOGLAR