Xəbər lenti

Dini icmanın zorla işlətdiyi 565 kölə aşkarlandı
Dünya 18:50 17.03.2018

Dini icmanın zorla işlətdiyi 565 kölə aşkarlandı

Braziliyada xristian icmanın işlətdiyi 565 kölə aşkar edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "İsanın Protestant Cəmiyyəti" adlı icmanın fermalarda kölə şəklində 32-si uşaq olmaqla 565 nəfəri işlətdiyi məlum olub. Dini liderlər insanları mülklərini icmaya bağışlamağa və ortaq sahələrdə işləməyə razı salıb. Əməliyyat zamanı işçilər tək arzularının azadlıq olduğunu deyib.

Əməliyyata rəhbərlik edən prokuror Marselo Kampos Sao Paulo, Qerais və Bahyada 22 nəfərin həbs edildiyini qeyd edərək "Onlar bu fermaların qiyamətə qədər qorunduğuna inanır. Düşdükləri vəziyyəti daha da çətinləşdirən budur. Azad olmaq istədiklərini deyirlər" deyib.

2013-cü ildə aparılan istintaq prosesində ağır şərtlərdə işlədilən 348 nəfər müəyyənləşdirilmiş, 13 nəfər həbs edilmişdi.

Son 15 ildə Braziliyada 35 min nəfər kölə vəziyyətindən xilas edilib. 

Əhalisi 200 milyon nəfəri keçən Braziliyada dini qruplar tərəfindən qaçırılan, borc verilərək asılı hala salınan və ya silah gücü ilə kölə vəziyyətində işlədilən çox sayda insan var. Xilas edilən şəxslərin bir qismi isə məcburiyyətdən bu şərtlərə razı olduğunu dilə gətirir.

Hazırda dünyada 40 milyon müasir kölə var. Bunlardan 71%-i qadın və ya qız uşağıdır. 

lşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->