Noyabrın 21-də axşam saatlarında "Bakı Telefon Rabitəsi" MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək.
Qaynarinfo xəbər verir ki, şirkətdən "APA-Economics"ə verilən məlumatda bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələrin yarana biləcəyi qeyd olunub.
Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.
Şərhlər