Dünya 16:28 27.05.2018

"Diriliş Ertuğrul"un məşhur aktyoru həlak oldu

Türkiyənin məşhur serialı "Diriliş Ertuğrul"un aktyoru Arda Öziri dünyasını dəyişib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, serialda Göktuğ obrazını canlandıran Öziri motosiklet qəzasında vəfat edib. O, Ümraniyə Təhsil və Tədqiqat Xəstəxanasına aparılıb, lakin həyatını xilas etmək mümkün olmayıb. 

14 sentyabr 1978-ci ildə İzmirdə dünyaya gəlmiş Arda Öziri "Dokuz Eylül" Universitetində aktyorluq fakültəsini bitirib. O, "Kampüsistan", "Yedi Numara", "Asmalı Konak", "Ruhsar", "Akasya durağı", "Ah be İstanbul" kimi məşhur seriallarda iştirakı ilə yadda qalıb. 

Gülşən