Dişlərdə ərpin, daşların yaranmasının qarşısını almaq mümkün deyil, çünki hər dəfə qəbul edilən qidanın qalıqları, bakteriyalar tüpürcəkdə olan minerallarla birləşərək sərtləşir və təbəqə meydana gətirir.
Diş daşları dişlər, ümumilikdə ağız sağlamlığı üçün çoxsaylı problemlərə səbəb olur. Ona görə də daşların mütəmadi olaraq təmizlənməsi vacib sayılır.
Diş daşlarından təbii yollarla da qurtulmaq mümkündür.
E-tibb.az bunun üçün tövsiyə edilən qaydaları təqdim edir:
1. 50 qram qoz qabığını bir stəkan suda 20 dəqiqə qaynadın. Soyuyandan sonra diş fırçanızı həmin suda 10 dəqiqə saxlayın. Bununla gündə 3 dəfə dişləri fırçalayın.
2. Günaşırı olaraq, 1 çay qaşığı çay sodasına 1 çimdik xörək duzu əlavə edib, dişləri bununla ehmalca fırçalamaq həm diş daşlarını yox edə, həm də dişləri ağarda bilir.
3. 1 desert qaşığı limon suyu götürün, fırçanı limonlu suya batırıb dişləri və diş ətini zərif şəkildə fırçalasanız, tezliklə effektini görəcəksiniz.
4. Portağalı blenderdən keçirin. Məcun halına gətirib, dişlərə sürtün. 1-2 dəqiqə gözləyib, yaxalayın. Bunu həftədə 2-3 dəfə təkrarlayın.
5. Həftədə iki dəfə pomidor və çiyələyi birgə blenderdən keçirib dişlərə sürtün. Beş dəqiqə saxlayın, sonra ağızı yaxalayın.
6. Bir yemək qaşığı küncütü çeynəyin, quru diş fırçası ilə çeynənmiş küncütü dişlərə sürtün. Bunu da həftədə iki dəfə təkrarlamaq lazımdır...
Şərhlər