Sənət 13:12 03.11.2019

Dmitri Medvedev bakılı yazıçını təbrik etdi

Rusiyanın Baş naziri Dmitri Medvedev yazıçı Leonid Zorini 95 illik yubileyi münasibətilə təbrik edib.

Qaynarinfo "RİA Novosti”yə istinadən xəbər verir ki, Medvedev bununla bağlı Zorinə teleqram göndərib və ona 95 yaşı münasibətilə təbriklərini çatdırıb. 

Baş nazir vurğulayıb ki, Zorin həmişə teatrsevərlərin səmimi marağına və alqışlarına səbəb olan pyeslərin müəllifidir. Medvedev, həmçinin Zorinin ssenariləri əsasında çəkilən filmlərin Rusiya kinosunun ən yaxşı əsərlərindən olduğunu qeyd edib.

Qeyd edək ki, Zorin 1924-cü ildə Bakıda anadan olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetini (İndiki BDU – red.) bitirən yazıçı növbəti il Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Daha sonra yazıçı Maksim Qorki adına Ədəbiyyat İnstitutunun qiyabi şöbəsinə daxil olub. L.Zorinin "Karnaval” "Varşava təranələri”, "Dion” pyesi kimi məşhur olan dram, roman və kitabların müəllifidir.