Xəbər lenti

Dövlət büdcəsindən rayonlara niyə pul ayrılmayıb? (ŞƏRH)
Ölkə 18:52 02.11.2023

Dövlət büdcəsindən rayonlara niyə pul ayrılmayıb? (ŞƏRH)

"2024-cü ilin büdcəsinə gələn gəlirin 50,2% neft, 49,8%-i isə qeyri-neft sektorundandır. Qeyri-neft sektorunun 58,1%-i vergi orqanlarından, təxminən 35%-i gömrük xəttindən, 5%-i müxtəlif ödənişli xidmətlərdən, 2%-i isə digər gəlirlərdən olacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli 2024-cü ildə dövlət büdcəsindən rayonlara pul ayrılmaması ilə bağlı danışarkən deyib. 

Ekspert vergi orqanlarından gələn gəlirlərin izahını belə verib:

"Vergilər Məcəlləsində göstərilib ki, hansı dövlət, hansı yerli vergidir. Burada rayon vergisindən söhbət getmir. Rayonların büdcəsi yoxdur. Elə bir sistem yoxdur ki, rayon icra hakimiyyətləri kassalara, xəzinə hesabatlarına pul yığsın, bunların hər biri mərkəzləşdirilmiş sistemdir. Bunların kodları da var, xərcləri də mərkəzi büdcədən gəlir”. 
 


Xalid Kərimli bildirib ki, rayonlar üzrə toplanan vergilərlə rayonlara sərf edilən xərclər arasında balans tutulur:

"Məsələn, Bakı şəhərində gəlir təqribən 12 milyard 600 milyon manat təşkil edir. Bu o demək deyil ki, Bakı Şəhər İcra Hakimiyyəti bu qədər vergi toplayır. Bunu Vergilər Nazirliyi yığır. Bakıda fəaliyyət göstərən subyektlərin ödədiyi vergilərdir. Rayonlar üzrə təsnifat gedir. Məsələn, Gəncədə fəaliyyət göstərən şirkətlər 100 milyon 90 min manatlıq vergi ödəyir. Bu şirkətlərdən, sahibkarlardan mərkəzi büdcəyə pul gəlir. Bələdiyyələrin büdcəsi var. Lakin hər bir rayonun özünün büdcəsi yoxdur, vətəndaşlar gedib özləri gömrüklərini, vergilərinin rayon büdcələrini ödəmir. Bunlar aidiyyatı qurumlar alır. Həmin rayonlar üzrə toplanan vergilər və xərclərdir”. 

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 7 rayona vəsait ayrılacaq. Növbəti il 59 rayon və şəhər gələn il yerli gəlir və xərcləri tənizmləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq və özünü maliyyələşdirmə prinsipi ilə işləyəcək. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->