Xəbər lenti

Donald Tusk İlham Əliyevə başsağlığı verib
Ölkə11:12 08.03.2018

Donald Tusk İlham Əliyevə başsağlığı verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Prezident İlham Əliyevə başsağlığı verib.
Qaynarinfo xəbər verir ki, başsağlığında deyilir: 
"Möhtərəm cənab Prezident.
Martın 2-də Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən faciəvi yanğın hadisəsi haqqında xəbər məni dərindən kədərləndirdi.
Avropa İttifaqı adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".