Dünya 10:50 07.09.2019

Dorian qasırğasının qurbanlarının sayı artır

Dorian qasırğasının ciddi zərər vurduğu Baham adalarında ölənlərin sayı artır.

Qaynarinfo xəbər verir ki, 5-ci təhlükə kateqoriyası ilə Baham adalarına çatan qasırğa nəticəsində azı 43 nəfər ölüb. Təkcə Abakos adasında 35 nəfər qurbana çevrilib. Axtarış-xilasetmə tədbirləri günlərdir davam edir.

Təbiət hadisəsi nəticəsində minlərlə insan evsiz qalıb. Əraziyə humanitar yardım göndərilib.

Hazırda ABŞ-da müşahidə edilən Dorian qasırğası ona yaxın insanın həyatına son qoyub. Şimali Karolinada güclü yağış sel və daşqınlara səbəb olub. 

Gülşən