Dorian qasırğasının ciddi zərər vurduğu Baham adalarında ölənlərin sayı artır.
Qaynarinfo xəbər verir ki, 5-ci təhlükə kateqoriyası ilə Baham adalarına çatan qasırğa nəticəsində azı 43 nəfər ölüb. Təkcə Abakos adasında 35 nəfər qurbana çevrilib. Axtarış-xilasetmə tədbirləri günlərdir davam edir.
Təbiət hadisəsi nəticəsində minlərlə insan evsiz qalıb. Əraziyə humanitar yardım göndərilib.
Hazırda ABŞ-da müşahidə edilən Dorian qasırğası ona yaxın insanın həyatına son qoyub. Şimali Karolinada güclü yağış sel və daşqınlara səbəb olub.
Gülşən
Şərhlər