Xəbər lenti

Foto 18:50 16.05.2019

"Dovşan" 91,1 milyon dollara satıldı (FOTOLAR)

Amerikalı heykəltəraş Ceff Kunsun poladdan hazırlanmış "Dovşan" adlı əsəri 91,1 milyon dollara satılıb.

Qaynarinfo xəbər verir ki, satış Nyu Yorkda yerləşən Kristi auksion solununda həyata keçirilib. "Dovşan" heykəli həyatda olan sənətçiyə aid ən yüksək qiymətə satılan əsər statusunu əldə etdi. Kuns bununla ingilis rəssam Deyvid Hokninin rekordunu əlindən alıb. Rəssamın "Sənətçinin Portreti" rəsm əsəri ötən ilin noyabrında 90,3 milyon dollara satılmışdı. 

Qeyd edək ki, Ceff Kuns "Dovşan"ı 1986-cı ildə tamamlayıb.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->