Video 23:51 22.09.2020

Dörd uşağı ilə kül olmuş evdə yaşayan ana kömək istəyir (VİDEO)

Sabunçu rayonunun Maştağa qəsəbəsində bu ilin fevral ayında yanaraq kül olmuş evdə bir ailə yaşamağa məcburdur. 

Baku TV-nin məlumatına görə, dörd uşaqla bir ana kül olmuş evdə ağır şəraitdə yaşayırlar. Ailə başçısı da həmin yanğın hadisəsindən sonra onları ataraq gedib. 

Uşaqlar dəmir yığaraq təhvil verir, bu yolla analarına kömək olmaq istəyirlər. 

Evdə kompüter və internet olmadığı üçün onlar hazırda keçilən onlayn dərslərdən də məhrum olublar.

Daha ətraflı süjetdən tanış ola bilərsiniz.