Dövlət Sosial Müdafiə Fondu (DSMF) sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənilməsinin başa çatdırılması ilə bağlı məlumat yayıb.
Qaynarinfo xəbər verir ki, sözügedən məlumat DSMF-nin rəsmi "Facebook” səhifəsində də yayımlanıb. Bildirilib ki, bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.
Amma paylaşımın altında müavinət, təqaüd və kompensasiya alan bəzi vətəndaşlar DSMF-nin yaydığı məlumatı təkzib ediblər.
İsmayıl Yusubov adlı şəxs Suraxanı rayonunda vəsaitin köçmədiyini bildirib. DSMF isə ona belə cavab verib:
"Sorğunuza cavab olaraq bildiririk ki, aparılan islahatlarla əlaqədar olaraq 01.09.2021-ci il tarixdən etibarən kartınız dəyişdirilərək Azərbaycan Beynəlxalq Bankına keçirilmişdir. Azərbaycan Beynəlxalq Bankının qeydiyyatda olduğunuz ərazi üzrə filialına yaxınlaşaraq kartınızı götürməyinizi xahiş edirik. Eyni zamanda bildiririk ki, əgər Sizin Azərbaycan Beynəlxalq Bankına məxsus aktiv pensiya kartınız varsa, sosial ödənişiniz Azərbaycan Beynəlxalq Bankına məxsus pensiya kartınıza köçürüləcəkdir. Nəzərə almağınızı xahiş edirik”.
DSMF-nin rəsmi açıqlamasına baxmayaraq, Azərbaycan Beynəlxalq Bankının kartlarını alan bəzi vətəndaşlara da müavinət, təqaüd və kompensasiya haqqının köçmədiyi məlum olub.
Bəzi vətəndaşlar DSMF-nin yaydığı məlumatdan sonra bankomatlara axışsa da, müavinət, təqaüd və kompensasiyalarının köçmədiyi məlum olub.
Əhməd
Şərhlər