Ölkə 20:25 12.08.2020

DSMF-nin büdcəsi təsdiq edildi

Prezident İlham Əliyev "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanunda dəyişikliyi təsdiq edib.

Qaynarinfo xəbər verir ki, cari il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri 4 milyard 825 milyon 508 min 800 manat həcmində təsdiqlənmişdi

Ancaq hazırkı dəyişikliklə Fondun gəlir və xərcləri bərabər olmaqla 4 milyard 784 milyon 700 min manat həcmində təsdiqlənib.