Xəbər lenti

Ölkə 12:56 17.07.2013

Dünən Bakıda hava iqlim normasından 3,2 dərəcə yüksək olub

Dünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından yüksək olub.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, iyulun 15-də paytaxtda havanın temperaturu 36,1 dərəcə olub və bu da iqlim normasından 3,2 dərəcə yüksəkdir.

Havaların isti keçməsi ilə əlaqədar Bakı və Abşeron yarımadasında bu gün və sabah temperaturun iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal proseslər müşahidə olunmur və rekord dərəcədə isti qeydə alınmayıb.

Qeyd edək ki, paytaxtda isti hava şəraiti iyulun 18-dək davam edəcək.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->