Xəbər lenti

Çempionlar Liqasında möhtəşəm gecə: 4 qol vuldu,
İdman 00:55 01.05.2024

Çempionlar Liqasında möhtəşəm gecə: 4 qol vuldu, "Real"...

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Qaynarinfo-nun məlumatına görə, ilk matçda "Bavariya" Almaniyada İspaniyanın "Real" klubunu qəbul edib.

Qarşılaşma heç-heçə başa çatıb - 2:2.

Madrid klubunda Vinisius Junior 24-cü dəqiqədə hesabı açıb. "Bavariya"da 53-cü dəqiqədə Leroy Sane, 57-ci dəqiqədə penaltidən Harri Keyn fərqləniblər. 83-cü dəqiqədə Vinisius Junior 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qoluna imza atıb.

Tərəflər arasında cavab görüşü mayın 8-də olacaq.

Qeyd edək ki, digər yarımfinal matçında Almaniyanın "Borussiya" (Dortmund) klubu Fransa çempionu PSJ-ni qəbul edəcək. Oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->