İdman 09:31 23.05.2020

Dünya çempionatı təxirə salındı

Yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası (FİDE) verib.

Sentyabrın 7-20-də Rumıniyanın Mamay şəhərində keçirilməli olan yarışı qeyri-müəyyən müddətə təxirə salınıb. Bu, yarışın startına ən azı 4 ay qalmış gerçəkləşməlidir.

Qeyd edək ki, yeniyetmələrin dünya çempionatı 8, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında keçirilir. Yarış indiki adını 1997-ci ildə alıb. Azərbaycan idmançıları da daim qatıldıqları mötəbər yarışda dəfələrlə mükafatçılar sırasına düşüb.