Avropa zonasında dünya çempionatının seçmə mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, mundiala birbaşa vəsiqə qazanan və play-off mərhələsində iştirak edəcək komandalar müəyyənləşib.
Braziliyadakı yarışda iştirak edəcək 9 qrupun qalibləri bunlardı: Belçika, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Rusiya, Bosniya və Hesoqovina, İngiltərə və İspaniya.
Play-off mərhələsində isə bu komandalar iştirak edəcək: Xorvatiya, İsveç, Rumıniya, İslandiya, Portuqaliya, Yunanıstan, Ukrayna və Fransa.
Qeyd edək ki, Avropa zonasında 9 qrup olsa da, play-off mərhələsində 8 komanda iştirak edəcək. İkinci pilləni tutanlar arasında ən aşağı göstəriciyə malik B qrupunun iştirakçısı Danimarka (16 xal) mundiala vəsiqə qazanmaq şansını itirib.
Qeyd edək ki, digər qitələrdən Braziliya (ev sahibi), Argentina, Kolumbiya, Kosta Rika, İran, Yaponiya, Cənubi Koreya, Avstraliya və ABŞ dünya çempionatına vəsiqə qazanıb. Beləliklə, mundialın 18 iştirakçısı artıq bəllidi. Qalan 13 vəsiqədən 4-ü Avropanın, 10-u digər qitələrin payına düşür.
Qaynar.info
Şərhlər