"Dünya Gözəli” yarışmasının qalibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, Taylandın paytaxtı Banqkok şəhərində keçirilən yarışmanın qalibi 24 yaşlı fillipinli Katriona Qrey olub
Musiqi nəzəriyyəsi sahəsində magistr dərəcəsi almış Qrey QİÇS-ə qarşı mübarizə aparan "Love Yourself” təşkilatının da könüllüsüdür.
Ona "Dünya Gözəli" tacını 2017-ci ilin qalibi olan Cənubi Afrika Respublikasından Demi-Li Nel-Piters təqdim edib.
İkinci yeri venesuelalı Stefani Qutyerres, üçüncü yeri Cənubi Afrika Respublikasından Tamarin Qrin tutub.
Şərhlər