Məşhur amerikalı aktrisa Selma Bleyrə MS (dağınıq skleroz) diaqnozu qoyulub.
Qaynarinfo xəbər verir ki, aktrisa bu barədə məlumatı "Instagram" hesabında paylaşıb və diaqnozun avqust ayında qoyulduğunu bildirib.
"Cruel Intentions" serialı ilə kariyerasına başlayan və hazırda "Netflix"in "Another Life" serialı ilə davam edən 46 yaşlı aktrisa ailəsi və dostlarının dəstəyindən, xəstəliyin əlamətlərindən söz açıb. Bleyr bəzən əlindəkiləri yerə saldığını, bulanıq gördüyünü deyib.
Qeyd edək ki, MS xəstəliyi beyin və onurğa iliyi, yəni mərkəzi sinir sisteminin xəstəliyidir. Xəstəlik qol və ayaqlarda gücsüzlük, görmədə problemlər, duyğu qarışıqlığı, nitq və yaddaş pozğunluğu kimi əlamətlərə sahibdir.
Gülşən
Şərhlər