Holland əsilli belçikalı sənədli filmlər rejissoru Robert Rombout Bakıya gəlib. Qeyd edək ki, Robert Rombout Azərbaycana Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Fantaziya” festivalı çərçivəsində gəlib.
Qyanarinfo modern.az-a istinadən xəbər verir ki, dünya şöhrətli rejissor festival çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 4- 5 noyabr tarixlərində ustad dərsləri verəcək. Robert Rombout Azərbaycandan öncə Livan, Braziliya, Rusiya, Fransa və başqa ölkələrdə ustad dərsləri verib.
35 ildən artıq bir müddətdə sənədli filmlər rejissoru olan Robert Rombout həmçinin 30 ildir ki bu ixtisas üzrə müəllimlik fəaliyyəti ilə də məşğulur. Onun çəkdiyi sənədli filmlər Fransa, Rusiya, Amerika, Belçika və Portuqaliyada keçirilən bir çox nüfuzlu beynəlxalq film festivallarının qalibi olub. "The Man that Talked too Much”(1985), "The Passengers of the Alsage”(2002), "Amsterdam via Amsterdam”(2004) filmləri onun ən çox izlənilən ekran əsərləri sırasındadır. Rejissorun son ekran işi isə 2016-cı ildə istehsal olunan " One the track of Robert Van Gulik” sənədli filmi olub.
Şərhlər