"Fənərbaxça" dünya ulduzunu transfer edir. Qaynarinfo xəbər verir ki, İstanbu təmsilçisi Çinin "Tianjin TEDA" klubunda forma geyinən Con Obi Mikeli heytinə qatır.
30 yaşlı nigeriyalı yarımmüdafiəçiyə 2,5 illik müqavilə və ildə 3 milyon avro maaş təklif edilib. Çindəki həyata alışa bilməyən Mikel "Tianjin TEDA" ilə yollarını ayırmağa hazırlaşır. Onun "Fənərbaxça"nın təklifinə hə dediyi bildirilir.
Qeyd edək ki, nigeriyalı futbolçu karyerasına Norveçin "Lin" klubunda başlayıb. 2006-cı ildə 20 milyon avroya "Çelsi"yə transfer olunub. 2017-ci ildə isə Çin klubuna keçib.
"Çelsi" ilə İngiltərə Premyer Liqasının (2 dəfə), Federasiya Kubokunun (4), Liqa Kubokunun (2), İngiltərə Super Kubokunun (1), Çempionlar Liqasının (1) və Avropa Liqasının (1) qalibi olan futbolçu 2006-cı ildən çağırıldığı Nigriya yığmasında 82 oyun keçirib və 6 qol vurub. O, yığmanın heyətində 2013-cü ildə Afrika Millətlər Kubokunun qızıl, 2016-cı ildə Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Şərhlər