Məşhur motivasiyaçı Hakan Mengüçün Azərbaycanda "Pozitiv düşün, özün kimi olmaq cəsarətini göstər" adlı seminarı keçiriləcək.
Qaynarinfo xəbər verir ki, maraqlı fəlsəfi düşüncələri ilə insanlara təsir etməyi bacaran Hakan Mengüc kamillik fəlsəfəsindən süzülüb gələn, insanın bu dünyaya baxışını dəyişdirən qiymətli sözlərini möhtəşəm ney ifası ilə ahəstə-ahəstə bəzəyir.
Seminar 19 oktyabrda saat 13:00-da Avropa Azərbaycan Məktəbində baş tutacaq.
Hakan Mengüçün Bakıda seminarı "LIBRAFF” mağazalar şəbəkəsinin baş sponsorluğu ilə həyata keçəcək.
Xatırladaq ki, Hakan Mengüç Bursa da anadan olub, erkən yaşlarından musiqiyə maraq göstərib və 15 yaşında ikən həm ney, həm də fortepianoda ifa etməyi öyrənib. 2 il konservatoriyada oxusa da, sonradan təhsilini yarımçıq saxlayıb.
Girne Amerika Universitetində Sufizmə giriş dərsi verən Hakan Mengüç eyni zamanda GAU nəzdində qurulan Sufi Akademiyasının yaradıcısı və prezidentidir. Ney ilə başladığı yolçuluğu onu təsəvvüf və sufi fəlsəfəsi ilə tanış edib. Sonra Osmanlı türkcəsini öyrənib, bundan illər sonra isə Şəms Təbrizinin ölkəsində təsəvvüf mövzusunda təhsil alaraq "Məsnəvi”nin ana dili olan farscanı öyrənib. İllərlə ney dərsləri verib.
20 yaşlarında universitetlərdə seminarlar keçirməyə başlayıb. Bu seminarların mövzuları: Özünü tanımaq, şüuraltı, fərdi şüur olub. Universitetlərdəki çıxışları nəticəsində Kayseri Erciyes Universitetində ilin natiqi seçilib.
20 yaşlarında dramaturgiya və hekayə yazmaq dərsləri alıb. Yazdığı bir pyes Nilüfer Teatr Festivalında səhnəyə qoyulub.
Yazdığı, sitat gətirdiyi və bəzən günümüzə uyğunlaşdırdığı sözlər və hekayələrlə internetdə xeyli izləyici toplayıb. (İnstaqram, Facebook, YouTube)
2018-ci ilin yanvar ayında "Mən Neyəm” adlı kitabı nəşr olunub.
2018-ci ildə isə "Qəlbin təmizsə həyatın yaxşı bitər” kitabı çap edilib.
2014-cü ildə heyvanlara və psixologiyaya olan marağı onu Cənubi Afrikaya aparıb. Cənubi Afrikada aslan və benqal pələngləri ilə yaşayıb. Onlara qulluq və reabilitasiya mövzusunda təlim alıb.
Kiçik yaşlarından etibarən konservatoriyada Qərb musiqisi və fortepiano, eləcə də klassik türk musiqisini, neyi öyrənib.
Dünyanın ən hörmətli musiqi məktəblərindən sayılan Berklee Musiqi Konservatoriyası Kollecinin sertifikatı ilə Music for Wellness təhsilini başa vurub.
Ney ve pianon ilə bərabər gitara, bağlama, bendir kimi bir neçə alətdə ifa edə bilir.
Röya Kərimli
Şərhlər