Xəbər lenti

Dünyada maska savaşı: Fransanın sifariş etdiyi maskaları ABŞ aldı
Ekonomiks 11:37 02.04.2020

Dünyada maska savaşı: Fransanın sifariş etdiyi maskaları ABŞ aldı

Fransanın sifariş etdiyi qoruyucu maskalar Çində təyyarəyə yükləndiyi zaman ABŞ tərəfindən ikiqat qiymətinə alınıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın Əyalətlər İttifaqının sədri Renaud Muselier məlumat verib. O, hadisənin təfərrüatlarını açıqlamasa da, mənbələr amerikalıların qat-qat artıq qiymətə dünyanın hər yerindən qoruyucu maskaları topladıqlarını deyir.

"İki qatını və nəğd ödəyirlər. Hətta məhsulu almamışdan öncə yoxlanışdan da keçirmirlər. Biz bunu edə bilmirik. Sifarişi aldıqdan sonra pulunu ödəyirik", - deyə mənbələrdən biri qeyd edib.

Nouvelle-Aquitaine Əyalət Şurasından bir mənbə isə Çində baş verənləri "lojistik xaos" kimi dəyərləndirib. Sifariş etdikləri məhsulları Çin daxilində bir neçə şəhərə yönləndirmək məcburiyyətində qaldıqlarını deyən mənbə bu ölkədə yük daşımaları üçün hava limanlarının həddən artıq dolu olduğunu bildirib. Həmçinin ABŞ-ın milyardlarla maska aldığını dilə gətirən şəxs bu səbəbdən Avropa ölkələrinin sifarişlərin sonunda yer aldığını deyib. Ümumilikdə Fransa bölgələri təxminən 60 milyon maska sifariş edib.

Qeyd edək ki, dünya üzrə maska istehsalının yarı faizi Çinin payına düşür. Əksər şirkətlər, moda müəssisələri belə istehsal istiqamətini dəyişərək, maska istehsalına başlayıb. Mütəxəssislər maska qiymətlərinin 15 dəfəyə qədər bahalaşdığını, tələbatın isə 10 dəfəyə qədər artdığını ifadə edirlər.

Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->