Dünya 13:34 24.09.2021

Dunyada yeni soyuq müharibə təhlükəsi var - Peter Siyarto

"Pandemiyanın yaratdığı çoxsaylı problemlərlə yanaşı, eyni zamanda ölkələr bir-birindən daha çox asılı vəziyyətə düşdüb”.

Qaynarinfo xəbər verir ki, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

O, beynəlxalq münasibətlərin hazırkı vəziyyətinin dünyanı yeni "soyuq müharibə” vəziyyətinə qaytara biləcəyini ifadə edib:

"Bir-birimizdən asılı olan dünyada yaşayırıq, buna görə də Şərq və Qərb arasında əməkdaşlığın daha çox hörmətə əsaslanacağına ümid edirdik. Təəssüf ki, yeni "soyuq müharibə" təhlükəsini görürəm. Çin və ABŞ kimi ölkələr arasında ticarət dövriyyəsinin artmasına baxmayaraq, qarşıdurma getdikcə artır”.

Xəyal