Yaxın Şərqdə və Afrikadakı bir neçə ölkəyə bomba dedektoru adı altında milyonlarla dollarlıq qolf topu axtarma cihazı satan ingilis Ceyms Makkormik 10 il azadlıqdan məhrum edilib.
Qaynar.info-nun məlumatına görə, 3 ayrı aldatma maddəsi ilə ittiham olunan 57 yaşlı Makkormik məhkəmədən həbsxanaya göndərilib.
15 sterlinqə satılan 10 min sterlinqə satan Makkormikin bu cihazları sadəcə qolf toplarını tapmağa yarayır.
Qolf topu axtarma cihazını Səudiyyə Ərəbistanı, İraq, Gürcüstan, Niger və digər ölkələrə milyonlarla dollara satıldığının üzə çıxmasından sonra bu qədər ölkəni aldada bilən bu adamın bacarığı hətta istintaqı aparan prokuroru belə heyrətləndirmişdi.
Qaynar.info
Şərhlər