Dünyanı qorxuda saxlamaq üçün 1,2 trilyon dollar xərclənəcək

Dünyanı qorxuda saxlamaq üçün 1,2 trilyon dollar xərclənəcək

Amerika dünyanı qorxuda saxlayan nüvə arsenalının saxlanmasına 1,2 trilyon dollar xərcləyəcək.

"Qaynarinfo" cebhe.info-ya istinadən xəbər verir ki, bu rəqəm ABŞ Konqresində açıqlanıb. Vəsaitin böyük hissəsi modernləşdirməyə, ballistik raket, sualtılar və bombardmançılara xidmətə sərf edilir. 

Ümumilkdə isə ABŞ nüvə silahının saxlanmasına yaxın 30 ildə 1,2 trilyon dollara başa gələcək. ABŞ Konqresinin büdcə idarəsinin hesabatında bu barədə məlumat yer alıb. Sənədə əsasən, 772 milyard dollar modernləşdirməyə sərf ediləcək. 445 milyard dollar isə komanda məntəqələri, laboratoriyalar, əvvəldən xəbərdarlıq sistemləri üçün nəzərdə tutulur. 25 milyard dollar isə taktiki nüvə silahına xərclənəcək. 

Bəzi mütəxəssislər hesab edir ki, genişmiqyaslı modernləşdirmədən vaz keçilsə, xərclər böyük ölçüdə azaldıla bilər. Ancaq Pentaqon qətiyyətlə buna qarşı çıxır.

Qaynarinfo.Az
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR