Çində koronovirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 835-ə, bu virus səbəbindən ölənlərin sayı isə 25-ə çatıb.
Qaynarinfo xarici mediaya istinadla xəbər verir ki, ölüm hallarının 24-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində qeydə alınıb.
Tayvan adasında, Honkonq və Makaoda, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.
Xatırladaq ki, yeni virus əsasən Uhan şəhərində yayılıb. Onun əlamətləri yüksək hərarət və öskürəkdir.
Şərhlər