Xəbər lenti

İspaniya millisi AVRO-2024-yə 3 xalla başladı
İdman 22:05 15.06.2024

İspaniya millisi AVRO-2024-yə 3 xalla başladı

İspaniya millisi AVRO-2024-də qələbə ilə başlayıb - YENİLƏNİB - 5
İspaniya millisi AVRO-2024-də qələbə ilə başlayıb - YENİLƏNİB - 5
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlib.

Qaynarinfo xəbər verir ki, Berlin Olimpiya stadionunda baş tutan matçda birincilər 3:0 hesablı qələbəyə sevinib.

"Buğalar"ın heyətində hesabı 29-cu dəqiqədə Alvaro Morata açıb. 3 dəqiqə sonra Fabian Ruiz komandasının üstünlüyünü bir qədər də möhkəmlənidirib. Qarşılaşmada yekun hesabı isə fasilə ərəfəsində fərqlənən Dani Karvahal təyin edib.

Matçın 80-ci dəqiqəsində xorvatlardan Bruno Petkoviç penalti zərbəsindən yararlana bilməyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->