Çin pilotsuz aviasiya sahəsində növbəti addımı ataraq "Changying-8” (CY-8) adlı ağır yük dronunun ilk uçuşunu həyata keçirib. Bu aparat dünyanın ən ağır yük pilotsuz təyyarəsi kimi təqdim olunur.
Qyanarinfo xəbər verir ki, bu barədə "South China Morning Post” yazır.
CY-8-in sınaq uçuşu Çjençjou şəhərində baş tutub. Dron 280 metrlik uçuş zolağından qalxaraq təxminən 30 dəqiqə havada qalıb. Sınaqlar zamanı mühəndislər avionika, mühərrik sistemi və uçuş idarəetmə sistemlərini yoxlayıblar.
CY-8 ölçüləri və yükdaşıma qabiliyyəti ilə seçilir. Onun maksimal uçuş kütləsi 7 tona çatır: aparatın öz çəkisi təxminən 3,5 ton, faydalı yükü isə eyni həcmdədir.
Təyyarənin uzunluğu 17 metr, qanad açıqlığı isə 25 metrdir. Konstruktorlar 18 kubmetr həcmə malik tam qapalı yük bölməsi hazırlayıblar. Dron həm ön, həm də arxa yük qapıları ilə təchiz olunub ki, bu da yükləmə prosesini sürətləndirir.
İstehsalçı "Beijing Northern Changying UAV Technology” şirkətinin məlumatına görə, aparat həm hərbi, həm də mülki məqsədlər üçün nəzərdə tutulub.
Aydın
Şərhlər