Cənubi Koreyada "Toss/Viva Republica" şirkətinin rəhbəri işçilərinin kirayə xərclərini ömürlük ödəyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Korea Times" yazır.
Sahibkar şirkət əməkdaşlarına bildirib ki, o, öz evini satmağı və əldə olunan vəsaiti şirkətin 100 əməkdaşının kirayə və kredit faizlərinin ömürlük ödənilməsinə yönəltməyi planlaşdırır.
Müraciətində o qeyd edib ki, biznesi yaratmazdan əvvəl də mövcud sistemi ədalətsiz hesab edib: bəzi insanlar daşınmaz əmlak hesabına kapital toplayır, digərləri isə mənzil əldə etməkdə çətinlik çəkir. Onun sözlərinə görə, bu təşəbbüs şəxsi baxışlarını praktikada həyata keçirmək cəhdidir.
Bəyanat əvvəlcə aprelin 1-i zarafatı kimi qəbul edilsə də, şirkət daxilində bunun həqiqətən reallaşa biləcəyi istisna edilmir. Bildirilir ki, Li əvvəllər də oxşar vədləri real layihələrə çevirib.
2025-ci ildə şirkətin 11 il sonra ilk illik mənfəətini əldə etməsindən sonra Li 100 əməkdaşın Yaponiyanın Okinava adasına səfər xərclərini tam şəkildə qarşılamışdı.
Məlumata görə, 100 nəfər təsadüfi seçimlə müəyyən ediləcək. Qaliblərin artıq bu aydan etibarən, öz evlərini əldə edənədək tam kirayə kompensasiyası almağa başlaması gözlənilir.
Aydın
Şərhlər