Xəbər lenti

Tarixin ən bahalı şərabı: Bir şüşəsi 812 min dollara satıldı
Dünya 18:08 01.04.2026

Tarixin ən bahalı şərabı: Bir şüşəsi 812 min dollara satıldı

1945-ci ilə aid bir şərab şüşəsi hərracda 812 min ABŞ dollarına satılaraq tarixdə ən bahalı şərab şüşəsi olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Upi.com yazıb.

Söhbət 750 millilitrlik "Domaine de la Romanee-Conti” 1945 şərabından gedir. Bununla da əvvəlki rekord – 2018-ci ildə qeydə alınmış 558 min dollar – geridə qalıb.

Hərrac evinin açıqlamasına əsasən, 1945-ci ilin məhsulu xüsusi tarixi dəyərə malikdir. Bu, təsərrüfatın ən qədim üzüm kollarını yenidən əkməsindən əvvəlki son məhsul olub. Həmin üzüm bağları filloksera epidemiyasını, iki dünya müharibəsini və Burqundiya bölgəsinin təxminən bir əsrlik tarixini geridə qoyub.

Son dərəcə məhdud istehsal səbəbindən bu cür şüşələr kolleksiyaçılar arasında ən nadir və ən çox arzulanan nümunələr hesab olunur. Ekspertlər qeyd edirlər ki, "fillokseradan əvvəlki” üzüm kollarından əldə olunan məhsul şəraba unikal dərinlik və mürəkkəb dad xüsusiyyətləri qazandırır.

"Acker” şirkətinin sədri Con Kapon da bu içkini yüksək qiymətləndirib. O bildirib ki, bu şərabı cəmi üç dəfə dadıb və onu indiyədək içdiyi ən yaxşı şərab hesab edir.

Aydın

--> -->