Xəbər lenti

Putin Trampın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasındakı rolundan danışdı
Siyasət19:53 01.04.2026

Putin Trampın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasındakı rolundan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Donald Tramp İrəvan və Bakı arasında münasibətlərin yaxşılaşdırılmasında fəal iştirak edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyanın səyləri sayəsində Ermənistanla Azərbaycan arasında münasibətlər sabitləşib.
Rusiya prezidenti onu da əlavə edib ki, Rusiya İrəvanın KTMT-yə qarşı şikayətlərindən xəbərdardır, lakin Ermənistanın Praqa sammitində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra KTMT-nin prosesə müdaxilə edə bilmədiyi aydındır.