Bu gün - noyabrın 13-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək.
Qaynarinfo xəbər verir ki, sonuncu dəfə Ərdoğan Vaşinqtona səfər edəndə, yəni 2016-cı ildə onun mühafizəsinin üzvləri Türkiyə səfirinin iqamətgahı yaxınlığında kürd etirazçıların səs-küy salmasından sonra yaşanan olayları nəzərə alan ABŞ hökuməti bu dəfə Ərdoğanın iqamətgahı qarşısında tam təhlükəsizlik tədbirləri görüb.
Budəfəki səfər NATO-nun iki müttəfiqi arasındakı gərginliyin ən yüksək səviyyəyə çatdığı dönəmlərdən birinə düşür.
"ABŞ-a səfərim zamanı rəsmi şəxslərlə terrorizmlə mübarizə, hərbi və müdafiə sənayesində əməkdaşlıq və digər məsələlər müzakirə ediləcək”, - Ərdoğan noyabrın 11-də səfərdən öncə hava limanında keçirdiyi mətbuat konfransında deyib.
Türkiyə prezidentinin sözlərinə görə, ABŞ-da FETÖ ilə mübarizə haqda da danışıqlar aparılacaq.
Ərdoğan ilk olaraq Trampla məhdud tərkibdə görüşəcək, daha sonra nümayəndə heyətlərinin görüşü keçiriləcək, bundan sonra isə birgə mətbuat konfransı baş tutacaq.
Şərhlər