PSJ-nin ulduzu Neymar növbəti dəfə qalmaqalla gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, Fransa Kubokunun "Renn"lə final oyununda azarkeşi vuran braziliyalı ulduz üzr istəmək əvəzinə həmin şəxsi hədələməyə başlayıb.
Bu barədə futbolçunun döydüyü azarkeş "L’Equipe"ə açıqlamasında bildirib: "Çərşənbə günü evimə 4 nəfər gəldi və məni təhdid etdi. Neymarı məhkəməyə vermədim. Pul aldığımı deyirlər, amma almamışam. Pul alsam, mənim şərəfim necə olacaq?"
Qeyd edək ki, "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunan Neymar dünyanın ən bahalı futbolçusudur.
Şərhlər