"Forbes" dünyanın ən bahalı reperlərinin siyahısını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Keyn Uest birinci pilləni Jay Z-dən təhvil alıb. Onun siması seçildiyi "Adidas" satışdan 1,5 milyard qazanıb ki, bunun 150 milyon dolları reperə çatıv. Jay Z isə Beyinsla çıxdığı "On The Run II" turnesindən 81 milyon dollar qazanıb.
Üçüncü pilləni tutan Dreykin bir ildə qazancı 75 milyon dollar olub.
İLk "onluq"da həmçinin Diddi (70 milyon), Trevis Skott (58 milyon), Eminem (50 milyon), DJ Khaled (40 milyon), Kendrik Lamar (38,5 milyon), Migos (36 milyon) və Childish Gambino (35 milyon) qərarlaşıb.
Şərhlər