Dünyanın ən çox gəlir əldə edən neft şirkəti müyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu Səudiyyə Ərəbistanının "Saudi Aramco” milli neft şirkətidir. Şirkətin 2019-cu ilin birinci yarısında xalis gəliri 46,9 milyard dollara qədər azalsa da, "Saudi Aramco” ən gəlirli neft şirkəti olub.
Səudiyyə şirkəti ilin ilk yarısında 163,88 milyard dollar gəlir əldə edib. 2018-ci ilin müvafiq dövründə isə bu məbləğ 167,68 milyard dollar olub. Bu 12 faiz azalma deməkdir.
Şirkətin 2019-cu 6 altı ayında neft hasilatı sutkada 10 milyon barel təşkil edib.
Şərhlər