Dünyanın ən güclü 5 hərbi donanmasının adı açıqlandı

Dünyanın ən güclü 5 hərbi donanmasının adı açıqlandı

Dünyanın ən güclü donanmasının reytinq cədvəli tərtib edilib.

Qaynarinfo xəbər verir ki, bu haqda "The National Interest" jurnalında gedən məqalədə məlumat verilib.

Jurnalın yazdığına görə, birinci yeri Amerika Donanmasına vermək lazımdır. Məqalə müəllifləri ABŞ-ın digər ölkələrdən daha çox gəmiyə sahib olduğunu qeyd edirlər. ABŞ Hərbi Dəniz Qüvvələrində on təyyarədaşıyan, doqquz desant gəmisi, 22 kreyser, 62 esmines, 17 freqat var. Bundan əlavə, ABŞ hərbi donanmasının tərkibinə 72 sualtı qayıq da daxildir.

Sonrakı yerdə Çin donanması gəlir. Çin Milli Donanmasının inkişafı 1989-cu ildən bəri müdafiə büdcəsinin on qat artmasına səbəb olan ölkə iqtisadiyyatının böyüməsi sayəsində mümkün olub. Hazırda Çində bir təyyarədaşıyan, üç desant gəmisi, 25 esmines, 42 freqat, səkkiz nüvə və təxminən 50 adi sualtı qayıq var.
Məqalə müəlliflərinə görə, Rusiya donanması üçüncü yeri tutur. Qeyd olunur ki, Rusiya Federasiyası ənənəvi olaraq quru qoşunlarında super güc hesab edilir, bunula belə, hərbi dəniz qüvvələri də diqqətdə saxlanılır.
Rusiya donanmasının 79 böyük gəmisi var. Bir təyyarədaşıyan gəmi, beş kreyser, 13 esmines-minadaşıyan və 52 sualtı qayıq da bu ölkənin donanmasında yer alır. Bundan əlavə, tədricən yeni gəmilər istismara verilir, köhnə gəmilər modernizasiya edilir. 
Dördüncü yeri Böyük Britaniyanın Kral Donanması tutur. Jurnal qeyd edir ki, ölkənin silahlı qüvvələrinin əksəriyyəti kimi, son illərdə Britaniya donanması da tədricən kiçilməkdədir. Hazırda Britaniya Hərbi Dəniz Qüvvələrində üç böyük desant gəmisi, 19 freqat və esmines, yeddi nüvə və ballistik raketləri olan dörd sualtı qayıq var.
Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələri ilk beşliyini tamamlayır. Doğan Günəş ölkəsinin donanmasının tərkibində 114 gəmi var ki, nüvəsini 46 ədəd esmines təşkil edir. "National Interest" eyni zamanda 16 gəmidən ibarət Yapon sualtı donanmasını dünyanın ən yaxşılarından biri hesab edir.
 
Alpər
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR