Xəbər lenti

Dünyanın ən hündür binasının memarı vəfat etdi
Dünya 10:41 20.07.2019

Dünyanın ən hündür binasının memarı vəfat etdi

Argentinalı məşhur memar Sezar Pelli 92 yaşında vəfat edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu barədə S.Pellinin doğulub-böyüdüyü Tukuman əyalətinin qubernatoru məlumat verib.

Qeyd edək ki, S.Pelli Malayziyanın paytaxtı Kuala Lumpurda yerləşən Petronas Qüllələrinin memarıdır. 1998-ci ildə inşa edilən tikili 6 il ərzində dünyanın ən hündür binası statusunu özündə saxlayıb. Memarın digər məşhur işləri Yaponiyanın Osaka şəhərindəki Milli İncəsənət Muzeyi, Londondakı "One Canada Square" binası, Nyu Yorkdakı Dünya Maliyyə Mərkəzi, Honkonqdakı Beynəlxalq Maliyyə Mərkəzinin binasıdır. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->