Kanadalı elektrik mühəndisi Con Turmel 1979-cu ildən bəri iştirak etdiyi 95 seçkidə uğursuzluqla üzləşib.
Qaynarinfo xəbər verir ki, 67 yaşlı Turmel 40 illik siyasi fəaliyyətində sadəcə 4500 səs toplaya bilib. İşlətdiyi qumarxanaya polis basqın edəndən sonra o, qumarxanaların leqallaşdırılması uğrunda mübarizəyə başlayıb və seçkilərə qatılıb. İlk seçkisində Con sadəcə 193 səs qazanıb. Məğlub olduğu bələdiyyə, məclis üzvü, millət vəkili və s. kimi seçkilərdə "dünyanın ən məğlub şəxsi" narkotik, fahişəlik kimi işləri qanuniləşdirəcəyini vəd edib.
Alternativ iqtisadi modellər təklifi ilə diqqət çəkən Turmel dəvət edilmədiyi Tv proqramlarında iştirak etməyi sevir. Bu addımına görə o, dəfələrlə studiyadan polis vasitəsilə qovulub.
Gülşən
Şərhlər